Azərbaycan Dövlət Rus Dram Teatrı

(0)


Ətraflı

Haqqımızda

Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.

1925-30 illərdə teatr "Lyubov Yarovaya" (K.Trenyov), "Qiyam" (B.Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930-40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F.Şiller), "Romeo və Cülyetta" (V.Şekspir), "Canlı meyit" (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi.

XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C.Cabbarlı), "Hamam" (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir.

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi barədə sərəncam imzalanmışdır.

Bu günə qədər truppanın tərkibi xeyli dəyişdi, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Xoreoqrafiya Məktəbinin və Dram Teatrının gənc məzunları ilə dolduruldu. Kəmiyyət nisbəti rusdilli mütəxəssislər-aktyorlar, aktrisalar, sənətçilər üstünlük təşkil edir. Buna əsaslanaraq teatr tamaşaçı cəlb etmək və rus dilində dramatik əsərləri yaymaq üçün yeni seçim və imkanlar axtarır.

20 dekabr 2010-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrının 90 yaşı tamam oldu.


Endirim


İş vaxtı

Yerli vaxt 22/09/2023 01:15
Bazar Ertəsi 00:00 - 22:00
Çərşənbə Axşamı 00:00 - 22:00
Çərşənbə 00:00 - 22:00
Cümə Axşamı 00:00 - 22:00
Cümə 00:00 - 22:00
Şənbə 00:00 - 22:00
Bazar 00:00 - 22:00

Ən Yaxın Metro

   Sahil


Rəylər

Rəy yazın
0 Rəylər
  • Ab-hava
  • Qiymət/Keyfiyyət