994 50 272 72 59

İrşad Electronics

"İrşad Electronics"– hər zaman sizlər üçün, hər zaman sevgi ilə... (0)
$$$

Ətraflı

Haqqımızda

"İrşad Electronics" Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biridir. Hal-hazırda "İrşad Electronics"-in Bakı, Lənkəran, Göyçay, Gəncə, Quba, Qəbələ, Bərdə, Sumqayıt və Xırdalan şəhərlərində 30 mağazası fəaliyyət göstərməkdədir. Mağazalarımızda hər alıcının zövqünə və maddi istəyinə uyğun smartfon, aksesuar, məişət texnikası, tozsoranlar, paltaryuyan və qabyuyan maşınlar, ütülər, aspiratorlar və bu kimi digər bol çeşidli məhsullar təqdim olunmaqdadır. "İrşad Electronics"-in uğurlarına gəlincə isə, 2008-2009-cu illərdə “İlin ən yaxşı dileri” pozisiyasında “Uğur” mükafatı ilə təltif olunan "İrşad Electronics" burada da fərqliliyini bir daha isbatlamışdır. Bir qədər sonra isə Bakı şəhərində 24.04.2013 tarixində baş tutmuş “Uğur” Mükafatının 2013-cü ilə özəl təsis olunmuş yeni təqdimat mərasimi keçirildi. “Uğur” Milli mükafatı Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən ilk mükafatdır. Mükafat iş adamlarına, dövlət və ictimai xadimlərə ondan ötrü verilir ki, onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafı yolunda xidmətləri böyükdür. Nəhəng şirkətlər bu tədbirin iştirakçısı və təltifçiləri idi. Tədbir zamanı 30 şirkət uğur mükafatının qalibi oldu. Bu qaliblər siyahısında "İrşad Electronics" şirkəti də ilk təltif olunanlar sırasında idi. Şirkətimiz Elektronika mağazaları şəbəkəsinin yaradılmasında əldə olunan nailiyyətlərinə görə nominasiyada iştirak edirdi. "İrşad Electronics" şirkəti 2010-2012-ci illərdə də Uğur mükafatı və 2011-ci ildə İlin mükafatı ilə təltif olunub.

"İrşad Electronics" heyəti sizlərə xidmət etdiyi uzun illər ərzində etibarınızı qazandığı üçün böyük məmnunluq hissi duyur. Bundan əlavə "İrşad Electronics" sizləri hər zaman xüsusi kampaniyalar və sərfəli alış şərtləri ilə sevindirməyə davam edir. Həmçinin, nağd alışlar zamanı alıcılarımızı xüsusi endirimlər gözləyir. Müştərilərimizin rahatlığını düşünərək onlara Onlayn alış-veriş, sürətli çatdırılma xidmətlərini də təklif edirik. Onlayn sifariş və suallarınızla bağlı *0171 nömrəsinə müraciət edə bilərsiniz.
"İrşad Electronics" şirkəti 2000-ci ildə "I&R Telecom" adı altında fəaliyyətə başlayıb. Şirkət 2006-cı ildən 2011-ci ilədək, ölkənin ən qabaqcıl operatorlarından sayılan Azercell Birgə Müəssisəsinin eksklüziv dileri kimi fəaliyyət göstərib. Digərlərindən yüksək iş qabiliyyətinə görə seçilən "I&R Telecom" müxtəlif vaxtlarda bir sıra diplom və mükafatlarla təltif olunub.

Şirkət yüksək səviyyədə xidmət göstərmək və müasir texnikalarla müştərilərinin həyatını maksimal dərəcədə rahatlaşdırmaq məqsədilə mağazalarında elektron cihazlarının da satışına start verdi və 2007-ci ildən etibarən "İrşad Electronics" adı altında fəaliyyətini davam etdirməyə başladı. "İrşad Electronics" müştərilərinin rahatlığını düşünərək ölkədə ilk dəfə olaraq Onlayn Kredit layihəsini həyata keçirdi. Onlayn Kredit xidməti vasitəsilə siz saytımıza daxil olub, istənilən modeli seçərək, onu kredit anketini doldurmaqla əldə edə bilərsiniz.

Sizin məmnuniyyətiniz bizim üçün əməyimizin ən böyük mükafatıdır.


Mağazamızın xidmətləri

Çatdırılma Sürətli Çatdırılma
Kredit Mövcuddur
Zəmanət Mövcuddur
Cashback
Bonus kart

Qəbul olunan kartlar:

Bir Kart ,   Tam Kart ,   Albalı Kart

İş vaxtı

Yerli vaxt 04/07/2020 05:43
Bazar Ertəsi 10:00 - 21:00
Çərşənbə Axşamı 10:00 - 21:00
Çərşənbə 10:00 - 21:00
Cümə Axşamı 10:00 - 21:00
Cümə 10:00 - 21:00
Şənbə 10:00 - 21:00
Bazar 10:00 - 21:00

Ən Yaxın Metro

   28 May


Rəylər

Rəy yazın
0 Rəylər
  • Xidmət
  • Qiymət/Keyfiyyət