ReC Electronics

Bütün növ elektronika avadanlıqların satşı. (0)
$$


QR kodu scan et və endirimdən yararlan

Ətraflı

Haqqımızda

2011-ci ildən fəaliyyətə başlayan Rec Group MMC professional mütəxəssis personalı ilə müxtəlif sektorlara təqdim etdiyi həlləri ilə fəaliyyət göstərdiyi bazarda lider firmalardan biridir. Şirkət hər keçən gün müştəri sayını artıraraq,informasiya texnologiya sahəsində ən son yenilikləri izləyərək irəliləməkdədir. Dünyadakı bir çox lider firmalarla şəriklik edərək ən son texnologiyaları sürətli şəkildə Azərbaycana gətirməkdədir. Bizim məqsədimiz beynəlxalq standartlarda məhsul və xidmət keyfiyyətini təqdim etmək, dünyada və ölkə daxilində axtarılan bir brend olmaqdır. İş sahələri: təhlükəsizlik nəzarət sistemləri, yüksək texnologiyalı elektron sistemlər və avtomatlaşdırılmış proqram sistemləridir. Rec Group lahiyələrində keyfiyyətli təmiz işi özünə prinsip edilmişdir. Rec Group lahiyə qrupu ilkin mərhələdən başlamaq üzrə müştərilərin istəklərini diqqətlə qiymətləndirib, öz təcrübəsinidə qataraq yüksək səviyyədə ehtiyacları qarşılaya biləcək sistemlərin qurulmasını təmin etməkdədir. Rec Group xaricdə və daxildə təhsil almış mühəndis və texniklərdən ibarət dəstək qrupu ilə fasiləsiz xidmət sistemi ilə alış və satış sonrası daim müştərilərinin yanındadır. Keyfiyyət siyasətimiz müştərilərinə dəyişən dünyada ən son yenilikləri çatdırmaq,keyfiyyətli məhsul, texniki dəstək satış sonrası xidmətlərlə müştərilərimizin məmnuniyyətini yüksək səviyyədə saxlaya bilməkdir. Keyfiyyətli xidmətin ancaq təlimli və təcrübəli kadrlar vasitəsilə verilə biləcəyinin fərqində olan Rec Group şirkətdə işləyən əməkdaşlarına təlimlər keçir, onların bilik və təcrübələrinin ən üst səviyyədə saxlanmasını təmin edir və onları yorucu iş mühitindən uzaqlaşdıran fəaliyyətlər tərtib edir. Rec Group fərqli modellərdə barkod oxuyucular, əl terminalları,çek printerləri, sensor panellər, mağaza oğurluq sistemləri, kameralar, keçişə nəzarət sistemləri, təhlükəsizlik sistemləri, restoran idarəetmə proqramları, market idarəetmə proqramları, otel idarəetmə proqramları kimi sahələrdə həllər təqdim etməkdədir. Müvəffəqiyyətli lahiyələri ilə texnologiyada uğurlu addımlarla yoluna davam edən Rec Group, gələcəyə güvənlə baxmaqdadır.



Endirim

Endirim 7.00 %

Mağazamızın xidmətləri

Zəmanət Mövcuddur

Qəbul olunan kartlar:

Bir Kart

İş vaxtı

Yerli vaxt 28/09/2022 03:27
Bazar Ertəsi 09:30 - 19:00
Çərşənbə Axşamı 09:30 - 19:00
Çərşənbə 09:30 - 19:00
Cümə Axşamı 09:30 - 19:00
Cümə 09:30 - 19:00
Şənbə 09:30 - 19:00
Bazar 09:30 - 19:00

Ən Yaxın Metro

   Azadlıq Prospekti


Rəylər

Rəy yazın
0 Rəylər
  • Xidmət
  • Qiymət/Keyfiyyət